
Qana millisinin baş məşqçisi postundan uzaqlaşdırıldı
Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.
Komanda.az Qana Futbol Assosiasiyasına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə ayrılığın səbəbi yığmanın mart ayındakı uğursuz çıxışı olub. Belə ki, qanalılar yoxlama görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olublar. Ümumilikdə isə komanda ardıcıl dörd oyundur məğlubiyyətlə üzləşir.
2024-cü ilin martından komandaya rəhbərlik edən Addo bu il keçiriləcək dünya çempionatına 10 həftə qalmış işini itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



