“Qalatasaray”a Yunanıstanda çirkin davranış

Türkiyənin “Qalatasaray” klubu növbəti mövsümə hazırlıq çərçivəsində “Olimpiakos”la yoxlama oyunu keçirmək üçün bu gün Yunanıstana yollanıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Afina hava limanında gözlənilməz davranışla üzləşib.

Belə ki, “Qalatasaray” kollektivinin koronavirus pandemiyası ilə əlaqədar PCR testləri yunanlar tərəfindən qəbul olunmayıb. Onlar bütün kollektivdən yeni testlər götürəcəklərini bəyan ediblər. Təxminən 2 saat sürən müzakirələrdən sonra müsbət nəticə əldə edə bilməyəcəklərini başa düşən “Qalatasaray” rəhbərliyi İstanbula dönməyə qərar veriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button