“Qalatasaray”a ilk məğlubiyyəti Dadaşovlu “Hatayspor” yaşatdı

Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Kasımpaşa” – “Kayserispor” matçında qonaqlar qələbə qazanıblar. “Alanyaspor” evdə “Qaziantep”ə, “Sivasspor” isə səfərdə “Fatih Karagümrük”ə böyük hesabla uduzub.

Son çempion “Qalatasaray” da səfərdə “Hatayspor”a məğlub olub. İstanbul təmsilçisi cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Hatay təmsilçisinin heyətində 88 dəqiqədə meydanda olub.

Türkiyə Super Liqası
12-ci tur

10 noyabr

Ankaragücü – Antalyaspor 0:4
Qollar: Larsson, 8. Yehezkel, 29. Buksa, 70. Assombalonqa, 85.

Trabzonspor – Konyaspor 2:1
Qollar: Onuaçu, 59; 85 – Prip, 77.

11 noyabr

Kasımpaşa – Kayserispor 3:4
Qollar: Fall, 36. Da Kosta, 50. A.Kara, 74-pen – Karimi, 12. S.Çiftpınar, 27-öz qapısına. Morte, 45. Tiam, 47.

Alanyaspor – Qaziantep 0:3
Qollar: Maksim, 45+6-pen. Draquş, 45+9. Riaskos, 90+5.

Fatih Karagümrük – Sivasspor 3:0
Qollar: Eysserik, 42. G.Yalçın, 79. S.Dursun, 86.

Hatayspor – Qalatasaray 2:1
Qollar: Rivas, 14. Lamkel Ze, 55 – Zaha, 28.

12 noyabr

14:30. Pendikspor – Samsunspor
17:00. Beşiktaş – Başakşəhər
17:00. Rizəspor – İstanbulspor
20:00. Adana Dəmirspor – Fənərbaxça

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button