“Fənərbaxça” 3 xalı 5 qolla qazandı

Türkiyə Super Liqasında 2019/20 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, ilk turun oyunları 4 günü əhatə edəcək. Açılış oyununda son çempion “Qalatasaray” debütant “Dənizlispor”un qonağı olub. Qarşılaşma “Dənizlispor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Beşiktaş” bu turda “Sivasspor” səfərinə yollanıb. “Qara qartallar” qarşılaşmada 0:3 hesabıyla məğlub olub.

“Başakşəhər” də ilk turda darmadağınla üzləşib. İstanbul təmsilçisi “Yeni Malatyaspor”a uduzub.

Son mövsümdə uğursuz çıxış edən “Fənərbaxça” isə “Qazişəhər”i sınağa çəkib. İstanbul təmsilçisi bu oyunda 5 cavabsız qolla qalib gəlib.

Türkiyə Super Liqası, 1-ci tur

16 avqust

Dənizlispor – Qalatasaray 2:0
Qol:
Niyaz, 75. Rodalleqa, 90+4.

17 avqust

Gənclərbirliyi – Rizəspor 0:1
Qol: Melnyak, 66.

Kayserispor – Alanyaspor 0:1
Qol: Sisse, 86.

Sivasspor – Beşiktaş 3:0
Qol: Yandas, 30. Yatabare, 54. Kılıç, 76.

18 avqust

Göztəpə – Antalyaspor 0:1
Qol
: Angelo, 29.

Konyaspor – Ankaragücü 0:0

Kasımpaşa – Trabzonspor 1:1
Qol
: A.Kara, 40 – Sorlot, 34.

Yeni Malatyaspor – Başakşəhər 3:0
Qol
: Gilyerme, 68. Yahoviç, 88. Fofana, 90+1.

19 avqust

Fənərbaxça – Qazişəhər 5:0
Qol
: Mozes, 6-pen. Muriqi, 17. Əmrə, 24-pen. Dirar, 74. Kadioğlu, 88.