“Qalatasaray” Ukrayna klubu ilə xeyriyyə oyunu keçirəcək

Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə “Qalatasaray” (Türkiyə) arasında yoxlama görüşü keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə “Dinamo”nun baş məşqçisi Mirça Luçesku məlumat verib. Rumıniyalı mütəxəssis oyunun aprelin 14-də, İstanbulda keçiriləcəyini bildirib.

Oyundan əldə olunacaq gəlir Rusiya ilə müharibədə valideynləri həlak olan ukraynalı uşaqlara xərclənəcək.

Luçesku bu təklifi qəbul etdiyi üçün “Qalatasaray” rəhbərliyinə təşəkkür edib:

“Dinamo” azarkeşləri bu jesti unutmayacaq”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button