
“Qalatasaray” Türkiyə Futbol Federasiyası ilə münasibətləri dayandırdığını açıqladı
“Qalatasaray” klubu Türkiyə Futbol Federasiya ilə əlaqələrini kəsib.
Komanda.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
İstanbul təmsilçisi prezident Dursun Özbekin sitatını paylaşıb.
Klub rəsmisi bildirib ki, bu gün etibarilə federasiya rəhbərliyi ilə münasibətlər dondurulub.
Bu qərarın verilməsinə səbəb kimi Türkiyə Super Liqasının 31-ci turunun “Fənərbaxça” ilə oyununa Yasin Kolun baş hakim təyin olunması göstərilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



