“Qalatasaray” rumın futbolçusunu yenə icarəyə verdi

“Konyaspor” heyətini beş yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

Konyalılar “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksandru Çikaldaunu qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüblər. 26 yaşlı rumın futbolçu 2021-ci ildən “Qalatasaray”da olsa da, ötən mövsümü də Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İttihad” (Kalba) komandasında icarədə keçirib.

Fransanın “Nitsa” klubundan azad agent kimi ayrılmış yarımmüdafiəçi Morqan Şnederlen də “Konyaspor”a keçib. 33 yaşlı fransız futbolçu Super Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Fransanın “Anje” klubunun qapıçısı Pol Bernardoni də “Konyaspor”a keçib. 26 yaşlı fransız qolkiper də yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

“Konyaspor” “Kasımpaşa”nın yarımmüdafiəçisi Yunus Mallını da heyətinə qatıb. 31 yaşlı futbolçu Konya təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Konya təmsilçisi ötən mövsümün ikinci dövrəsində Fransanın “Trua” klubundan icarəyə götürdüyü kolumbiyalı hücumçu Marlos Morenonun da transfer hüquqlarını alıb. Klubun bu keçid üçün nə qədər ödədiyi açıqlanmasa da, 26 yaşlı forvardla 2+1 illik sözləşmə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button