Arda üçün vida mərasimi

“Qalatasaray” sabiq futbolçusu Arda Turan üçün vida mərasimi təşkil edəcək.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun rəsmi “youtube” kanalına açıqlama verib:

“Arda Türkiyənin ən titullu futbolçusudur. Bizim yetirməmizdir, İspaniyada “Atletiko” və “Barselona” kimi komandalarda oynayıb. Çox vacib oyunçudur. Bu cür futbolçuları unutmamaq, onlara dəyər vermək əsas məqsədimizdir”.

Arda Turan sentyabrın 12-də karyerasını başa vurduğunu açıqlayıb. O, Türkiyədə “Qalatasaray”, “Manisaspor”, “Başakşəhər”, Avropada isə “Atletiko”, ”Barselona” kimi klubların formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button