“Qəbələ”nin özünəməxsus oyun fəlsəfəsi var” – Avqusti

Kiprin “Omoniya” komandasının baş məşqçisi Sofronis Avqusti Qəbələdə eyniadlı komandaya qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bu gün Qəbələdə baş tutan mətbuat konfransında “qırmızı-qaralar”ın həm müdafiədə, həm də hücumda təşkilatlanmış komanda olduğunu söyləyib:

“Rəqibin özünəməxsus oyun fəlsəfəsi var. Bəzi aparıcı oyunçuları getsə də, heyətində kifayət qədər yaxşı futbolçular var. Onlara qarşı diqqətli olmalıyıq”.

Sabah Qəbələ şəhər stadionunda keçiriləcək bu oyuna saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button