“Qəbələ” üçün asan rəqib

Bu həftə Premyer Liqada keçiriləcək 20-ci tur çərçivəsində “Qəbələ” “Səbail”i qəbul edəcək.

Komanda.az xəbər verir ki, bu, komandaların cari mövsümdə 3-cü dueli olacaq. Mövsümün açılış matçında rəqibini 3:0 hesabı ilə yenən “qırmızı-qaralar” qış fasiləsi öncəsi qolsuz heç-heçəylə kifayətlənmişdi.

Ümumilikdə isə qarşıdakı matç rəqiblər arasında 9-cu duel olacaq. İndiyə qədər keçirilən 8 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 5 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 16:7. Keçirilən matçlarda Baqali Dabo hamıdan çox – 6, Famussa Kone 3 qol vurub.

Premyer Liqa çərçivəsindəki 6 oyunda 3 qələbə qazanan “Qəbələ” 2 heç-heçə edib və 1 dəfə uduzub. Komanda top fərqində də öndədir – 11:5.

Bakı klubunu 5-ci dəfə qəbul edəcək “Qəbələ” 4 ev oyununun hamısında qol sevinci yaşayıb. 3 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” rəqib qapısına 8 top vurub, 2-ni buraxıb.

Xatırladaq ki, 20-ci turun “Qəbələ” – “Səbail” görüşü martın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button