“Qəbələ” “Sumqayıt”a qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Qəbələ” və “Sumqayıt” bu gün yoxlama görüşü keçiriblər.

Komanda.az xəbər verir ki, sözügedən komandalar Bakı Olimpiya Stadionu ehtiyat meydançasında üz-üzə gəliblər. Qarşılaşma “Qəbələ”nin qələbəsiylə başa çatıb.

Matçda hesabı “Sumqayıt” açıb. Amma Elvin Məmmədovun erkən qoluna baxmayaraq, Asif Məmmədovla Rauf Əliyev bölgə təmsilçisinə əzmkar qələbə qazandırıb.

Yoxlama oyunu

25 mart

Sumqayıt – Qəbələ 1:2
Qol
: Elvin Məmmədov, 12 – Asif Məmmədov, 35. Rauf Əliyev, 50.
Bakı Olimpiya Stadionu ehtiyat meydançası.

Sumqayıt: 12. Rəşad Əzizli, 4. Şəhriyar Əliyev, 5. Adil Nağıyev, 7. Cavid Tağıyev, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev, 21. Arif Daşdəmirov, 34. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 27. Bəhlul Mustafazadə, 34. Ürfan Abbasov, 8. Qismət Alıyev, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov, 88. Sabien Lilay, 9. David Volkov, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 21. Lalavele Atakora.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button