“Qəbələ” “Keşlə” ilə ev oyununa Bakıda hazırlaşır

Türkiyə toplanışını başa vurduqdan sonra iki günlük istirahətə buraxılan “Qəbələ” Bakıda bir araya gəlib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının 15-ci turunda qarşılaşacaqları “Keşlə” ilə görüşün hazırlığına paytaxtda start verib.

Elmar Baxşıyevin yetirmələri bu gün fitnes zalında hazırlıq keçiblər. Futbolçular müxtəlif fiziki təmrinlərini yerinə yetiriblər. “Qəbələ”nin yanvarın 29-na təsadüf edəcək məşqi Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xatırladaq ki, fevralın 2-də keçiriləcək “Qəbələ” – “Keşlə” matçı saat 15:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button