
“Qəbələ” “Baku Sportinq”ə böyük hesabla qalib gəldi
“Qəbələ” 1-ci Liqa təmsilçisi “Baku Sportinq”ə böyük hesabla qalib gəlib.
Komanda.az xəbər verir ki, bölgə təmsilçisi təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüş Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



