Qətərdə dünya çempionatları tarixinin yeni rekordu qeydə alındı

Qətərdə keçirilən DÇ-2022-də dünya çempionatları tarixinin yeni rekordu müəyyənləşib.

Komanda.az xəbər verir ki, hazırkı mundialın 1/8 final mərhələsində vurulan ümumi qol sayı ən yüksək göstərici olub.

Baş tutan 8 oyunda qapılara ümumilikdə 28 top vurulub. 1/8 finalın ilk dəfə təşkil olunduğu DÇ-1986-dan bəri heç vaxt bu mərhələdə 28 qol qeydə alınmayıb. Raundun ən məhsuldar matçı 7 topun vurulduğu Portuqaliya – İsveçrə (6:1) görüşü olub. Oyunsonrası penaltidən vurulan qollar siyahıya daxil edilməyib.

Xatırladaq ki, DÇ-2022-nin 1/4 final mərhələsinə dekabrın 9-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button