Şeyxin arzusu: Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe “Mançester Yunayted”in transfer hədəfi ola bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, klub Qətər şeyxi Casim bin Həməd Al Tani tərəfindən satın alınarsa, fransalı futbolçu “Mançester Yunayted”in transfer siyahısındadır.

Məlumatda bildirilir ki, “Mançester Yunayted”in potensial sahibləri Mbappedən başqa, yarımmüdafiəçilər Eduardo Kamavinqa (“Real”) və Kinqsli Komanı (“Bayern”) transfer etməkdə maraqlıdırlar.

24 yaşlı Mbappe bu mövsüm Liqa 1-də 29 oyuna çıxıb, 23 il qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun transfer qiyməti 180 milyon avrodur. Onun PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button