
Simeone: “Qələbə üçün kifayət qədər imkanlarımız var idi”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona” ilə qarşılaşmada komandasının daha yaxşı nəticə qazanmağa layiq olduğunu bildirib.
Madridlilər Kataloniya təmsilçisi ilə vacib matçda 19-cu dəqiqədə Aleks Baenanının qolu ilə önə keçsələr də, ardınca üç top buraxaraq 1:3 hesabı ilə məğlub olublar.
Komanda.az xəbər verir ki, argentinalı çalışdırıcı matçdan sonra keçirilən mətbuat konfransında belə deyib:
“Ötən mövsüm “Barselona”nı 2:1 hesabı ilə məğlub etmişdik, amma o zaman rəqib 5:2 hesablı qələbə qazanmağı haqq edirdi. Bu dəfə isə biz 1:3 uduzduq, amma bərabərlik və ya qələbə üçün kifayət qədər imkanlarımız var idi”.
Turnir cədvəlində liderlik edən “Barselona” hazırda 37 xala sahibdir. Onu 33 xalla “Real”, 32 xalla “Vilyarreal” və 31 xalla “Atletiko” izləyir.
Bizi Facebook-da izləyin



