“Qəbələ”nin U-16 komandası beynəlxalq turnirə yola düşür

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək.

Komanda.az xəbər verir ki, Tbilisi “Dinamo”sunun təşkilatçılığı ilə keçiriləcək yarışda meydan sahibləri ilə yanaşı, Litvadan “Ateitis”, Latviyadan “Riqa” və “Qəbələ” çıxış edəcək.

Reqlamentə əsasən, “Qəbələ” dairəvi sistemlə bütün rəqiblərlə üz-üzə gələcək. İlk iki yeri tutanlar final, digərləri üçüncü yer uğrunda oyuna vəsiqə qazanacaq.

Turnirin təqvimi aşağıdakı kimidir:

03.12.2021
17.00 Dinamo – Ateitis
18.45 Qəbələ – Riqa

04.12.2021
10.00 Riqa – Dinamo
11.45 Qəbələ – Ateitis
17.00 Ateitis – Riqa
18.45 Dinamo – Qəbələ

05.12.2021
11.00 Üçüncü yer uğrunda oyun
13.00 Final oyunu

Komanda baş məşqçi Sərdar Qafarovun rəhbərliyi altında 18 futbolçu ilə səfərə yola düşəcək. “Qəbələ”nin 3 futbolçusu milli komandanın tərkibində BƏƏ-də təlim-məşq toplanışında olduqlarına görə heyətdə yer almayıb.