“Qəbələ”nin sabiq futbolçusu ilə yeni müqavilə

“Qəbələ”nin sabiq futbolçusu Vitali Vernidub “Zarya” klubuyla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb. 32 yaşlı müdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

2015-2018-ci illər aralığında “Qəbələ”nin formasını geyinən Vernidub, 2018-ci ilin yayında “Zarya”ya keçib.