Puyoldan Enrikeyə dəstək

“Barselona”nın keçmiş futbolçusu Karles Puyol sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, İspaniya millisinin baş məşqçisi postundan ayrılan Luis Enrikeyə dəstək olub. Puyol bunları yazıb:

“Komandamda indi və hər zaman Luis Enrike kimi insanların olmasını istəyirəm”.

Enrike 2019-cu ildən İspaniya yığmasının baş məşqçisi idi.

İspaniya millisi DÇ-2022-nin 1/8 finalında Mərakeşə uduzaraq, mundialla vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button