PSJ onunla yollarını ayıracaq: Gecə klubunda əyləndiyi üçün

PSJ futbolçusu Adrien Rabiotla yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, buna səbəb, Rabiotun Çempionlar Liqasındakı “Mançester Yunayted” məğlubiyyətindən (1:3) sonra gecə klubunda əylənməsi olub. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Fransız yarımmüdafiəçi, həm də, “Mançester Yunayted”in sabiq üzvü Patris Evranın PSJ üzərindəki qələbədən sonra “instagram” hesabında etdiyi paylaşımı bəyənib.

PSJ Rabiotu 2 həftəlik əsas komandadan uzaqlaşdırıb.

2013-cü ildən PSJ-də forma geyinən Rabiot, bu mövsüm 20 qarşılaşmada iştirak edib. Onun Paris təmsilçisiylə mövsümün sonuna qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button