PSJ-nin qapıçısında koronavirus aşkarlandı

Fransanın PSJ klubunun qapıçısı Keylor Navas koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı qolkiperin COVİD-19 testi pozitiv çıxıb. Kosta-rikalı oyunçu komandadan təcrid edilib.

Keylor Navas cari mövsümdə PSJ-nin heyətində 17 oyuna çıxıb. Bir müddət öncə komandanın digər qapıçısı Canluici Donnarummada da koronavirus aşkarlanmışdı. Lakin italiyalı qolkiper artıq sağalaraq sıraya dönüb.