“Latsio” PSJ-nin 60 milyon avroluq təklifinə “yox” dedi

İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç Fransadan təklif alıb.

Komanda.az İtaliya mətbutına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində maraqlı olan PSJ onun üçün ilk təklifini göndərib. Paris klubu Saviç üçün 60 milyon avro ödəməyə hazır olduğunu bildirib.

“Latsio” isə serbiyalı futbolçunu 70 milyon avrodan az məbləğə satmaq niyyətində deyil.

“Latsio” ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq Milinkoviç-Saviç, koronavirus səbəbiylə yarımçıq dayandırılan A Seriyasında cari mövsümdə iştirak etdiyi 31 oyunda 5 qolla yadda qalıb.