“PSJ ilə matçdan üç gün əvvəl üslubumuzu dəyişməyəcəyik”

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix müdafiədəki problemlərə baxmayaraq, komandasının öz oyun tərzindən əl çəkməyəcəyini bildirib. Münhen komandası son üç oyunda 11 qol buraxıb: Bundesliqada “Maynts” (4:3), “Haydenhaym” (3:3) və UEFA Çempionlar Liqasının yarımfinalında PSJ ilə oyunda (4:5).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bunu söyləyib:

“PSJ ilə matçdan üç gün əvvəl üslubumuzu dəyişməyəcəyik, müdafiədə arxayınlaşmayacağıq. Qalib gəlməliyik və hesabın 5:4, 3:2 və ya 1:0 olmasının fərqi yoxdur. Lakin təbii ki, uzunmüddətli perspektivdə vəziyyəti təhlil edib, bəzi detalları düzəldəcəyik. Bu, artıq müzakirə olunub”.

“Bayern”in PSJ ilə cavab oyunu mayın 6-da Münhendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button