“…inana bilmərik” – Pike

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində səfərdə “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gələn “Barselona”nın müdafiəçisi Jerar Pike matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, mərhələnin taleyinin həll olunmadığını deyib:

“Mançester Yunayted”in PSJ ilə oyununu gördükdən sonra mərhələni keçdiyimizə inana bilmərik. PSJ də “Old Trafford”da yaxşı nəticə əldə etmişdi, amma mərhələni keçən “Mançester Yunayted” oldu. Böyük komandalar belə oyunlar göstərə biləcək gücdədir. Buna görə də, cavab oyunu üçün motivasiyamızı itirməməliyik”.