PSJ-də daha bir ciddi itki

Fransanın PSJ klubu daha bir futbolçusunun xidmətindən məhrum olub.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Renato Sançes də zədələnib.

Əzələsini zədələyən portuqaliyalı futbolçunun azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Bu mövsümün əvvəlindən PSJ-də çıxış edən 25 yaşlı futbolçu Liqa 1 nəhəngində 22 oyuna çıxıb, 2 qol vurub.

Xatırladaq ki, PSJ-də ötən gün müdafiəçi Nordi Mukiele də əməliyyat olunub və bu mövsümün sonuna kimi komandaya kömək edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button