PSJ “Arsenal”ın futbolçusunu istəyir

“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard karyerasını başqa klubda davam etdirə bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 24 yaşlı norveçli futbolçunun xidmətində PSJ maraqlıdır.

Odeqard 2022/23 mövsümündə 45 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı oyunçunun dəyərini 80 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button