Premyer Liqadan Səudiyyə Ərəbistanına 55 milyonluq transfer

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Vulverhempton”un yarımmüdafiəçisi Ruben Nevesi transfer edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Bu transfer üçün “Əl-Hilal” 55 milyon avro təzminat ödəyib.

Neves 2017-ci ildən “Vulverhempton”da oynayırdı. O, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 6 qol vurub, 1 qolun ötürməsini verib. Futbolçunun “Vulverhempton”la müqaviləsinin başa çatmasına bir il qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button