Premyer Liqada mart ayının ən yaxşı futbolçusu bilindi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu olub.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu martda çempionatda 4 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mükafat uğrunda mübarizədə Fernandes Ceyms Qarner (“Everton”), Danni Uelbek (“Brayton”), Morqan Gibbs-Uayt (“Nottingem Forest”), Entoni Qordon (“Nyukasl”), Aleks İvobi (“Fulhem”) və David Rayanı (“Arsenal”) qabaqlayıb.

Yarımmüdafiəçi cari mövsümdə çempionatda 28 matça çıxıb, 8 qol vurub və 16 məhsuldar ötürmə verib. “Mançester Yunayted” 31 turdan sonra 55 xalla turnir cədvəlində üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button