Premyer Liqa klubundan Karius və Dammetlə yeni müqavilə

“Nyukasl” futbolçuları Pol Dammett və Loris Kariusla müqavilənin müddətini uzadıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, həm 30 yaşlı qolkiperlə, həm də 31 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Onlar 2023/2024 mövsümündə də sözügedən klubda çıxış edəcəklər.

Karius ötən ilin sentyabrında “Nyukasl”a transfer olunub. O, 2022/2023 mövsümündə klubun heyətində cəmi 1 oyuna çıxıb. Dammett isə 2013-cü ildən bu klubun uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button