Premyer Liqa klubundan 18,6 milyon avroluq transfer

İngiltərə Premyer Liqası təmsilçisi “Bernli” “Bazel”in hücumçusu Zeki Amduni ilə müqavilə imzalayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı isveçrəli ilə 5 illik müqavilə imzalanıb. Transfer dəyərinin 18,6 milyon avro olduğu bildirilir.

Amduni ötən mövsüm “Bazel”in heyətində 52 oyuna çıxıb, 22 qol vurub və 5 məhsuldar ötürmə verib. Həmçinin o, İsveçrə millisinin heyətində 5 oyunda 5 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button