40 milyon avroya alınan hücumçu icarəyə verildi

“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Çempionşipdə mübarizə aparan “Bristol Siti”nin qapıçısı Daniel Bentlini transfer edib. İngiltərədən olan qapıçı ilə 2,5 illik müqavilə imzalanıb.

Bentli 2019-cu ildən formasını geyindiyi “Bristol Siti”də 143 matça çıxıb. O, “Sautend Yunayted”, “Breyntri Taun” və “Brentford”da da oynayıb.

“Vulverhempton” öz qapıçısı Mariya Şarkiçi isə “Stok Siti”yə icarəyə verib. Monteneqrolu qolkiper 2023-cü ilin 31 mayına qədər Çempionşip təmsilçisində forma geyinəcək. Şarkiç 2020-ci ildə “Aston Villa”dan “Vulverhempton”a gəlib. Premyer Liqa təmsilçisi əvvəlki mövsümlərdə onu “Şrusberi Taun” və “Birmingem Siti”yə də icarəyə verib. O, Monteneqro yığmasında 6 matç keçirib.

“Vulverhempton” Portuqaliyadan olan hücumçusu Fabio Silvanı da Niderlandın PSV klubuna icarəyə verib. 20 yaşlı futbolçunun bu il 31 iyuna kimi icarədə oynayacağı açıqlanıb.

“Portu”nun yetirməsi olan Fabio, 2020-ci ildə 40 milyon avro qarşılığında transfer olunduğu “Vulverhempton”da 62 oyunda cəmi 4 qol vurub. Hücumçu bu mövsümün ilk hissəsini Belçika “Anderlext”ində icarədə keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button