Premyer Liqa klubunda yeni müdafiəçi

“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Premyer Liqanın digər təmsilçisi “Vest Hem”dən Kreyq Dousonu transfer edib.

32 yaşlı futbolçu yeni klubu ilə müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqavilə bağlayıb. “Vulverhempton” bu transferə görə “Vest Hem”ə 3.8 milyon avro ödəyib.

Douson 2020-ci ildən formasını geyindiyi “Vest Hem”də 87 oyuna 9 qol vurub. O, əvvəllər “Uotford”, “Bolton”, “Roçdeyl” və “Vest Bromviç” kimi klublarda da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button