Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərənin “Nyukasl” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu vəzifəyə Eddi Hau təyin olunub.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

“Nyukasl” rəhbərliyi oktyabrın 20-də komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Sözügedən kollektiv hazırda 5 xalla turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button