Azərbaycanlı referi beynəlxalq dərəcəli hakim adına layiq görüldü

Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.

Komanda.az xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər. Nəticədə, Azərbaycanın ədalət təmsilçisi Akif Tahirov beynəlxaq dərəcəli hakim adına layiq görülüb. Referi seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıb.

Namizədlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.

Tahirov Koimbrada keçirilən gənclərin Avropa kubokunun görüşlərini uğurla idarə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button