Mourinyo milli komandanın baş məşqçisi ola bilər

“Çelsi”, “Real” və “Mançester Yunayted” klublarının sabiq baş məşqçisi, hazırda “Benfika”nı çalışdıran Joze Mourinyo milli komandada işləyə bilər.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İddiaya görə, “Xüsusi” ləqəbli mütəxəssisin xidmətində Portuqaliya millisi maraqlıdır. Mourinyo yığmanın baş məşqçisi postunda hazırkı çalışdırıcı Roberto Martinesi əvəzləyə bilər. Martinesin Portuqaliya Futbol Federasiyası ilə müqaviləsinin müddəti iyulun sonunda başa çatacaq.

63 yaşlı mütəxəssis hazırda “Benfika”nın baş məşqçisidir. Onun Lissabon təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.

Portuqaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Mundial ABŞ, Meksika və Kanada olmaqla üç ölkədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button