“Poqbanın yoxluğu böyük itkidir”

“Tottenhem”in və Fransa millisinin qapıçısı Uqo Lloris “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın Qətərdə keçiriləcək çempionatını buraxması ehtimalı haqda danışıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, Poqbanın milli komanda üçün vacib olduğunu deyib:

“Onu yenidən milli komandada görməyə ümid edirdim. Pol komanda üçün çox vacib oyunçudur. Artıq bir neçə aydır ki, zədələrdən əziyyət çəkir və ötən mövsüm də az oynayıb. Təbii ki, onun yoxluğu bizim üçün böyük itkidir. İndi baş məşqçi çətin seçim etməlidir. Turnirə başladığınız zaman bütün seçilmiş oyunçulardan əmin olmalısız”.

29 yaşlı fransalı futbolçu bu mövsüm menisk zədəsi və cərrahiyyə əməliyyatı səbəbindən bir dəfə də olsun rəsmi matçlarda meydana çıxmayıb. Futbolçunun agenti Poqbanın DÇ-2022-də oynamayacağını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button