“Mahir vacib qollar vurur” – “Legiya”nın baş məşqçisi

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviçin Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində Estoniyanın “Flora” komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Mixneviç, media nümayəndələri ilə görüşdə azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:

“Mahir Emreli komandaya tez uyğunlaşdı və özünə yer tapdı. Mahir vacib qollar vurur. Özünü yaxşı tərəfdən göstərə bilib. Bu, önəmlidir”.

Bu gün keçiriləcək “Legiya” – “Flora” matçı saat 23:00-da başlayacaq.