
Polşa mətbuatı: “Sabah” “Lex” üçün güclü rəqib ola bilər”
Polşa mətbuatı UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci turunda yerli “Lex” (Poznan) klubunun arzuolunmaz potensial rəqiblərini müzakirə edərkən, turnirdə mərhələ adlayacağı təqdirdə, “Sabah”ı da potensial rəqib kimi seçib.
Komanda.az xəbər verir ki, “KKSLECH.com” portalı “Sabah”ı barədə də geniş məlumat verib:
“Sabah” da “Lex” üçün güclü rəqib ola bilər. Heyətində Timoteuş Puxaçın yer aldığı “Sabah” bu yaxınlarda Avropada çox uğurlu mövsüm keçirən (Çempionlar Liqasının əsas mərhələsinə yüksələn) “Qarabağ”ı qabaqlayaraq, həm kubokda, həm də çempionatda lider oldu. “Piast”dan tanıdığımız Akim Zedadka “Sabah”ın sağ cinahında oynayır, komandaya əvvəllər “Hayduk”, “Omoniya” və “Ludoqorets”i çalışdırmış litvalı Valdas Dambrauskas rəhbərlik edir. Bundan əlavə, “Lex”in Bakıya səfəri uzun, bahalı və əlverişsiz olacaq. Buna çətin hava şəraiti də əlavə olunur. Bu səfər Polşa çempionatının 2-ci turunun “Veçista”ya qarşı oyunun təxirə salınmasına səbəb olacaq”.
Birinci turun püşkatması iyunun 16-da, ikinci turun isə iyunun 17-də keçiriləcək. Polşa çempionu olan “Lex” Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq.
Bizi Facebook-da izləyin



