Poçettino: “Ağlamalı, yoxsa şikayət etməliyəm?”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın cari mövsümdəki zəif çıxışını şərh edib.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis pozitiv qalmalı olduğunu bildirib:

“Düşünürəm ki, azarkeşlər başa düşürlər ki, insanların mediada danışdıqları pulu komandaya yatırsaz, müəyyən gözləntilər var. Qalib gəlmirsənsə, azarkeşlərin narazı olması normaldır. Biz özümüzə inanılmaz dərəcədə inanırıq, amma bəxtimiz gətirmədi. Çünki bu gün 12 zədəli oyunçumuz var. Ağlamalı, yoxsa şikayət etməliyəm? Yox, mən pozitiv qalmalıyam”.

“Çelsi” Premyer Liqanın 5-ci turunda səfərdə “Bornmut”la heç-heçə edib – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button