Poçettino 250-yə çatdı

“Tottenhem” İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Çelsi”ni minimal hesabla məğlub edib – 1:0.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino üçün əlamətdar olub. Belə ki, argentinalı mütəxəssis “Tottenhem”in “sükanı arxasında” 250-ci oyununu keçirib.

Poçettino 2014-cü ildən “Tottenhem”i çalışdırır. Onun rəhbərliyi altında londonlular 143 qələbə qazanıb, 54 dəfə də məğlub olub.

46 yaşlı mütəxəssisin “Tottenhem”lə 2023-cü ilə qədər müqaviləsi var.

“Çelsi”ylə “Tottenhem” arasında İngiltərə Liqa kubokunun cavab matçı 22 yanvarda oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button