Keynin məqsədi nədir?

İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2022-nin 1/8 finalında Seneqal üzərində qələbədən sonra (3:0) fikirlərini bölüşüb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, pley-off mərhələsinin oyunlarının asan olmadığını bildirib:

“Oyunun əvvəlindən əla əhval-ruhiyyəmiz var idi və üç gözəl qol vurduq. Ardıcıl üç matçda qol buraxmamağımız önəmli məqam hesab olunmalıdır. Pley-off oyunları heç vaxt asan olmur”.

Keyn komandadakı futbolçular haqda da danışıb:

“Mənim məqsədim nədir? Mən hücumçuyam, ona görə də, qol vuranda sevinirəm. İndi komandada gənclərin və təcrübəli futbolçuların qarışığı müşahidə edilir. Bu gün qazandığımız qələbədən həzz aldıq. İndi bütün diqqətimizi Fransa ilə matça yönəldirik”.

Keyn dünya çempionatında İngiltərə yığmasının heyətində 4 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

İngiltərə millisi DÇ-2022-nin 1/4 finalında Fransa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button