Pioli onun “Milan”da qalmasını istəyir

“Milan”ın baş məşqçisi Stefano Pioli “Real”dan icarəyə götürülən yarımmüdafiəçi Brahim Diasın gələcəyini şərh edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Pioli, Diasın “Milan”da qalmasını istədiyini deyib:

“Əlbəttə ki, qarşıdakı illərdə Brahimlə işləməyə davam etməkdən çox məmnun olaram. O, bacarıqlarını xeyli artırdı və həqiqətən də, bizim əsas oyunçumuz oldu”.

23 yaşlı ispaniyalı futbolçu üçüncü mövsümdür “Milan”da icarə əsasında çıxış edir. İtaliya klubu onu ilk olaraq 2020-ci ildə icarəyə götürüb, sonra isə müqaviləni cari mövsümün sonuna qədər uzadıb. Dias ümumilikdə “Milan”ın heyətində 114 oyun keçirib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button