Pioli İbrahimoviç haqda: “Özünü hər zaman çempion kimi aparırdı”

“Milan”ın çalışdırıcısı Stefano Pioli hücumçu Zlatan İbrahimoviçin karyerasını bitirməsi barədə danışıb.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, o, İbrahimoviçi nümunəvi futbolçu adlandırıb:

“O, həm meydanda, həm də meydandan kənarda bizə çox kömək edirdi. Nümunəvi futbolçu idi. İnanılmaz əzmə sahib biridir. “Milan”ın gənc futbolçularının çox şeyi dərindən dərk etməsində onun əməyi olub. Zlatanla fərqli-fərqli mövzuları müzakirə edirdim. Özünü hər zaman çempion kimi aparırdı”.

41 yaşlı isveçli İtaliya çempionatının 38-ci turunun “Milan” – “Verona” (3:1) oyunundan sonra azarkeşlərlə vidalaşıb.

İbrahimoviç İtaliya A Seriyasının son mövsümündə dörd matçda iştirak edib və bir qol vurub.

O, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button