Pioli: “Əvvəlki derbilərdəki məğlubiyyətlər məni maraqlandırmır”

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 4-cü turunda “İnter”lə oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əvvəlki məğlubiyyətlərə əhəmiyyət vermədiyini bildirib:

“Mən əhəmiyyət vermirəm, keçmişin əhəmiyyəti yoxdur. Əvvəlki derbilərdəki məğlubiyyətlər məni maraqlandırmır. Sabahı düşünürəm. Mənə maraqlıdır ki, komanda həll yollarını tapsın, öz futbolunu oynasın və rəqibi çətin vəziyyətə sala bilsin”.

“İnter” – “Milan” oyunu sentyabrın 16-da keçiriləcək.

Dörd turdan sonra “İnter” 9 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Milan” ikincidir (9 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button