Pikenin uşaqları ABŞ-a köçür

“Barselona”nın sabiq futbolçusu Jerar Pikenin keçmiş həyat yoldaşı, kolumbiyalı müğənni Şakira boşandıqdan sonra uşaqlara qəyyumluq hüququnu da alıb.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “El Pais” yayıb.

Pike uşaqları ilə istədiyi vaxt görüşə biləcək. Əvvəllər cütlük bu məsələni həll edə bilmirdi: müğənni uşaqları ABŞ-a aparmaq istəyirdi, Pike isə qanuni qəyyum olmaq üçün yollar axtarırdı.

Milad bayramından sonra Şakira övladları – Milan və Saşa ilə birlikdə Mayamiyə (ABŞ) köçəcək.

Şakira ilə Pike 2022-ci ilin iyulunda ayrılıblar. Ayrılığa səbəb kimi futbolçunun xəyanəti göstərilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button