PFL 1-ci Liqa klubunun müraciətini müsbət cavablandırıb

Futbol üzrə 1-ci Liqada çıxış edən “Difai Ağsu” bu mövsüm ev oyunlarını Şamaxıda keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, adıçəkilən klub quruma məsələ ilə bağlı müraciət ünvanlayıb. Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komanda ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.

PFL təmir işləri yekunlaşana qədər “Difai Ağsu”nun rəqiblərini Şamaxıda qəbul etməsini qərara alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button