
Ançelottinin qərarı “Çelsi”nin futbolçusunu məyus edib
“Çelsi”nin hücumçusu Joao Pedro Braziliya millisinin 2026-cı il dünya çempionatı üçün heyətindən kənarda qalmasıyla bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun üçün təəssüfləndiyini bildirib:
“Mən həmişə yüz faiz çalışıram. Dünya çempionatında oynamaq arzumu gerçəkləşdirə bilməyəcəyim üçün təəssüf edirəm. Komandaya dünya çempionatında uğurlar arzulamaq istəyirəm. Uşaqlara azarkeşlik edəcəm”.
2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya millisi Şotlandiya, Mərakeş və Haiti yığmaları ilə eyni qrupda yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



