Pedri zədələrdən qurtulmağın “sirr”ini tapıb

“Barselona”nın yarımmüdafiəçisi Pedri fiziki vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu artıq zədələrdən mümkün qədər uzaq qalmaq üçün lazım olan əsas amili tapdığını bildirib:

“Zədələrdən qaçmaq üçün çatışmayan fiziki hazırlığın “açar”ını tapdıq. Mənə lazım olan sabitliyə nail oldum. Zalda etdiyim güc məşqlərinin nəticələri möhtəşəmdir”.

23 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 39 oyunda meydana çıxıb, 2 qol vurub və 11 məhsuldar ötürmə verib.

“Barselona” mayın 2-də, La Liqanın 34-cü turu çərçivəsində səfərdə “Osasuna” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button