Payetə orden verdilər

“Marsel”in yarımmüdafiəçisi Dimitri Payet və Fransanın qadınlardan ibarət futbol komandasının kapitanı Vendi Renar Milli Fəxri Fərman ordeni ilə təltif edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, orden Fransa vətəndaşlarına əhəmiyyətli mülki və hərbi xidmətlərinə görə verilə bilər.

Mükafatla bağlı qərarı Fransanın baş naziri qəbul edir.

Fəxri Fərman ordeni Fransada Şərəf Legionu, Qurtuluş ordeni və Hərbi Medaldan sonra dördüncü ən mühüm mükafatdır.

Fransalı futbolçu Payet ötən mövsüm “Marsel”in heyətində 46 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button