“Özilin dəstəyə ehtiyacı var” – Venger

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger komandanın futbolçusu Məsut Özillə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular”ın sabiq çalışdırıcısı Özillə bağlı bunları deyib:

“Onunla çalışmaq çətin deyildi. Özil yaradıcı bir futbolçudur, xüsusi keyfiyyətləri var. O, bir sənətçi kimidir və belə insanlar daha həssas olurlar. Özilin dəstəyə ehtiyacı var”.

Özilin cari mövsümün sonunda “Arsenal”dan ayrılacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button